Azərbaycanda yeni şahmat kitabı


Azərbaycanda yeni şahmat kitabı

ÖLMƏZ MANEVR / Immortal manoeuvre / Бессмертный маневр


Əziz dostlar! Sumqayıt şəhərinin baş məşqçisi, əməkdar məşqçi İlham Əliyevin yeni şahmat kitabı işıq üzü gördü. Kitabda sonluq nəzəriyyəsini öyrənmək üçün bir vasitə olacaq və özündə ikiqat zərbə motivi daşıyan kvadrat mövzusunun tarixi tam olaraq araşdırılıb. 196 səhifə olan kitabda bu mövzuya aid 600-dən artıq etud, oyun nümunələri və kombinasiyalar toplanıb. Kitabın ölçüsü 155x235 sm. Əksər bölmələrin sonunda mövzunun daha asan qavranılması üçün sual və tapşırıqlar təqdim olunub, cavabların yazılmasında fiqurlu notasiyadan istifadə edilib.
Kitaba ön sözü yığma komandanın baş məşqçisi, beynəlxalq usta Fikrət Sideifzadə və etüd tərtibi üzrə 2 dəfə dünya çempionu, şahmat və şahmat bəstəçiliyi üzrə beynəlxalq hakim, uzun illər Gürcüstanın qadınlardan ibarət şahmat yığmasının baş məşqçisi David Qurqenidze yazıb.
Kitab genis əhatəli oxucu üçün – şahmat həvəskarından yüksək dərəcəli şahmatçıya kimi nəzərdə tutulub.
Endşpil texnikanızı inkişaf etdirmək istəyirsinizsə bu kitab sizlər üçün çox vacibdir!
Kitabın qiyməti 12 manatdır. Topdan satış üçün (minimal 5 ədəd olmaqla) əlaqə saxlaya bilərsiniz.
 

 E-mail: bestechi@mail.ru  Tel - Whatsapp 050 515 40 99
Read more