» Материалы за 07.08.2017

 
 
 
Сортировать статьи по: дате | популярности | посещаемости | комментариям | алфавиту

İSLAM KAZIMOV– 65 YUBİLEY YARIŞI (#2, #3)

Автор: ilham от 7-08-2017, 23:17, посмотрело: 469

0
İSLAM KAZIMOV– 65 YUBİLEY YARIŞI, 2017
(#2, #3)

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası ölkəmizin tanınmış şahmat bəstəçisi İslam Kazımovun 65 illik yubileyinə həsr olunmuş ikigedişli və üçgedişli məsələlərin tərtibi üzrə beynəlxalq yarışların nəticəsini elan edir.

İslam Kazımov 12 iyul 1952-ci ildə İsmayillı rayonu Tircan kəndində anadan olub. Bakıda yaşayır, pensiyaçıdır. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. İlk məsələsi 1984-cü ildə "Şahmat (Bakı)” qəzetində dərc edilib. Əsasən ikigedişli, üçgedişli və yardımmat məsələləri tərtib edir. Yerli və xarici mətbuatda 200-ə yaxın məsələsi dərc edilib ki, bunlardan bir çoxu yarışlarda mükafat qazanıb.

İkigedişli bölmədə 15 ölkədən 46 müəllifin 67, üçgedişli bölmədə isə 15 ölkədən 40 müəllifin 53 məsələsi iştirak etdi. İkigedişli bölmədə təltifə 21, üçgedişlidə isə 17 məsələ seçilib.
TƏLTİF: islam-kazimov-65-jt-2017-23.-final-award.pdf [1,07 Mb] (cкачиваний: 29)

Категория: Chess Composition

 
 
: