JANTİMMAN - 65 YUBİLEY YARIŞI (ETÜDLƏR)
Məşhur şahmat qrossmeysteri və şahmat bəstəçisi Jan
Timman-ın 65 illik ildönümünə həsr edilmiş şahmat etüdlərinin tərtibi üzrə
beynəlxalq yarış elan edilib. Yarış iki bölmə üzrə keçirilir:
1. Müəlliflər yalnız əməli
(praktik) şahmat üzrə beynəlxalq adları olan şahmatçılar ola bilər (kişilər
və qadınlar arasında beynəlxalq qrossmeysterdən FİDE ustasına kimi).
Mövzu: Azaddır.
Hakim: Yochanan Afek və Hans
Böhm.
Direktor: Harold van der
Heijden.
Mükafat fondu: 1000 Avro.
2. Hər kəs iştirak edə bilər.
Mövzu: Fillə mat (və ya fillə mat təhlükəsinə qarşı
mübarizə).
Hakim: Jan Timman və Hans Böhm.
Direktor: Harold van der
Heijden.
Mükafat fondu: 1000 Avro.
Orijinal
əsərləri 1.07.2017 tarixə kimi yarışların direktorunun elektron ünvanına
göndərmək lazımdır (PGN formatda göndərilməyi məsləhət bilinir): heijdenharold@gmail.com
Hər bölmədə
hər müəllifdən 3 etüddən artıq göndərmək olmaz. Birgə etüdlər yarışa buraxılır,
ancaq o şərtnən ki, 1-ci bölmənin bütün müəllifləri əməli şahmat üzrə
beynəlxalq adlara malik olmalıdır.
Son nəticə
14.12.2017 tarixdə, Jan Timmanın 66 illik ildönümünə, məlum olacaq.Yarışın
mükafat fondu "Böhm Communications BV” (www.hansbohm.com)
şirkəti tərəfindən təqdim edilib. Hans Böhm, bu yolla özünün Jan Timmanla 50 illik yaxın
dostluğunu qeyd etməyi qərara alıb.