Şahmat yaradıcılığım / My Chess Creative Work / Мое шахматное творчество

Şahmat yaradıcılığım / My Chess Creative Work / Мое шахматное творчество

(etüdlərim, etüd hakimliyim, məsələlərim, kombinasiyalarım, məqalələrim)
(studies, study judges, problems, combinations, articles)
(этюды, этюдное судейство, задачи, комбинации, статьи)

 

  Hörmətli dostlar,
   2015-ci ilin dekabrında işıq üzü görən "Şahmat yaradıcılığım” kitabımın satışı davam edir. 376 səhifə, qalın parlaq cilddə, 700-ə yaxın şahmat diaqramı, əksəriyyəti etüd olmaqla, kitabda 96 şahmat kombinasiyam da yer alıb. Kitabda 37 illik şahmat yaradıcılığımda: etüdlərim, məsələlərim, kombinasiyalarım, etüd hakimliyim və 2 maraqlı məqaləm var.
Kitabın girişində şahmat macəralarım və etüd bəstəçiliyində ilk addımlarım barədə qısa və yığcam fikirlərimlə tanış ola bilərsiniz. Ən əsası, ilk dəfə olaraq, milli etüdlər və milli kombinasiyalarla tanış ola bilərsiniz!
Kitab geniş əhatəli oxucu üçün - şahmat həvəskarından yüksək dərəcəli şahmatçıya kimi nəzərdə tutulub.

   Çox sevindiricidir ki, bu qısa müddət ərzində kitabım ABŞ, Almaniya, Rusiya, Türkiyə, Yunanıstan, İngiltərə, Danimarka, Mərakeş, Belarus, Belçika, Gürcüstan kimi xarici ölkələrə yayılıb. Ancaq sözsüz ki, əsas oxucularım Azərbaycandadır.

  Kitabın qiyməti 18 manatdır. Kitabı əldə etmək istəyənlər 050 515 40 99 nömrəsinə zəng edə və ya WhatsApp-a, feysbuk səhifəmə, yaxud elektron ünvanıma yaza bilərlər. E-mail: bestechi@mail.ru

 

 

Read more