Şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku 2016

Şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku 2016
25 iyulda Sumqayıt Şahmat Məktəbində şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku keçirildi. Qeyd edək ki, bu yarış artıq uzun illərdir ki, müasir Azərbaycan Şahmat Bəstəçiliyinin banisi Aleksandr Sarıçevin Sarıçevin (2.8.1909 - 7.12.1986) xatirəsinə həsr olunurdu. Bu ildən yarış artıq rəsmi xarakter daşıyır.
Yarışda şahmat bəstəçiliyinin 6 bölməsi üzrə (ikigedişli, üçgedişli, çoxgedişli, etüdlər, yardımmat, əks-mat), hər bölmədən 2, ümumi 12 tapşırıq təqdim edildi. Yarış 2 turdan ibarət idi. Hər turda 6 tapşırıq 2 saat ərzində həll edildi.
Qalib adını 60 mümkündən 44,25 xal toplayan 15 qat Azərbaycan çempionu Araz Alməmmədov (Qəbələ, Vəndam) qazandı. 2-ci yeri qalibdən 0,75 xal geri qalan gənclər arasında Dünya çempionu Misrətdin İskəndərov (Sumqayıt) tutdu. Onun ilk turda zəif çıxışı, hərbi qulluğa aparıldığı üçün yarışa 1 saat gec gəlməsi ilə bağlı idi. 3-cü yeri isə 40,25 xalla gənclər arasında Avropa çempionu Rəşad Zeynallı (Bakı) tutdu.
16 yaşadək gənclər arasında ən yaxşı nəticəni Ceyhun Hüseynzadə (Sumqayıt) göstərdi.
Xatırladaq ki, bu yarış həm də, 30 iyul - 6 avqust Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək 40-cı Şahmat Həlletməsi Dünya çempionatına hazırlıq mərhələsi daşıyırdı. Qeyd edək ki, şahmat həlletməsi Millimiz 2014-cü ildə Berndə (İsveçrə) Dünya çempionatında və 2016-cə ildə Afinada (Yunanıstan) Avropa çempionatında gümüş medal qazanıb.
Qaliblərə pul mükafatları, diplom və medallar təqdim edildi.
Son Cədvəl 1st-azerbaijan-chess-solving-cup-table-2016.pdf [170,29 Kb] (downloads: 21)
See the file online: 1st-azerbaijan-chess-solving-cup-table-2016.pdf

1-ci tur məsələlər 1st-round-problems.pdf [164,54 Kb] (downloads: 36)
See the file online: 1st-round-problems.pdf

1-ci tur cavablar 1st-round-solutions.pdf [170,33 Kb] (downloads: 33)
See the file online: 1st-round-solutions.pdf

1-ci tur cədvəl 1st-round-solving-sheet.pdf [62,01 Kb] (downloads: 24)
See the file online: 1st-round-solving-sheet.pdf

2-ci tur məsələlər 2nd-round-problems.pdf [155,4 Kb] (downloads: 28)
See the file online: 2nd-round-problems.pdf

2-ci tur cavablar 2nd-round-solutions.pdf [179,4 Kb] (downloads: 29)
See the file online: 2nd-round-solutions.pdf

2-ci tur cədvəl 2nd-round-solving-sheet.pdf [62,08 Kb] (downloads: 19)
See the file online: 2nd-round-solving-sheet.pdf
Click to link for enlarge / Shekli boyutmek ucun shekle tiklayinClick to link for enlarge / Shekli boyutmek ucun shekle tiklayin
Read more

14th Dubai Juniors Chess Tournament 2016 (Dubai, UAE, 20-26.07.2016)

Chess-Results
Final Ranking after 9 Rounds
Rk. SNo
Name FED Rtg Pts. TB1 TB2 TB3
1 3 FM Mohammad Fahad Rahman BAN 2157 8,0 0,0 51,0 43,5
2 2
Rahul Srivatshav P IND 2273 7,5 1,0 53,5 45,5
3 1 FM Matviishen Viktor UKR 2390 7,5 0,0 52,0 44,0
4 4 CM Ahmadzada Ahmad AZE 2099 7,0 1,0 52,5 45,0
5 9 CM Al-Zaabi Sultan UAE 1674 7,0 0,0 47,5 40,0
Read more

49th Biel International Chess Tournament (Biel, SUI, 23.07-03.08.2016)

Official Site
Master Tournament
Final Standings in Master Tournament After Round 9 (112 players)
1. Shankland,Samuel L GM 2661 USA 6 3 0 7.5 48.0 366.5
2. Safarli,Eltaj GM 2678 AZE 5 4 0 7.0 47.5 361.5
3. Aravindh,Chithambaram VR GM 2543 IND 5 3 1 6.5 49.0 351.0
4. Bachmann,Axel GM 2649 PAR 5 3 1 6.5 46.0 347.5
5. Salem,A R. Saleh GM 2608 UAE 4 5 0 6.5 45.5 352.0
6. Sasikiran,Krishnan GM 2639 IND 5 3 1 6.5 45.0 348.5
7. Baklan,Vladimir GM 2618 UKR 4 5 0 6.5 43.5 352.0
8. Khairullin,Ildar GM 2629 RUS 4 5 0 6.5 43.5 347.5
Rapid Tournament
Final Standings in Rapid Tournament After Round 9 (147 players)
1. Safarli,Eltaj GM 2678 AZE 6 3 0 7.5 49.5 376.0
2. Jumabayev,Rinat GM 2613 KAZ 7 1 1 7.5 45.5 379.0
3. Kosteniuk,Alexandra GM 2549 RUS 6 2 1 7.0 51.0 378.5
4. Baklan,Vladimir GM 2618 UKR 5 4 0 7.0 51.0 375.5
5. Shankland,Samuel L GM 2661 USA 6 2 1 7.0 48.5 359.0
6. Sasikiran,Krishnan GM 2639 IND 5 4 0 7.0 48.0 361.0
7. Kraemer,Martin GM 2567 GER 6 2 1 7.0 45.5 363.0
8. Riff,Jean-Noel GM 2494 FRA 6 2 1 7.0 44.5 364.0
Read more

3rd AZERBAIJAN CHESS STUDY TY, Belgrade, Serbia

3rd AZERBAIJAN CHESS STUDY TY, Belgrade, Serbia 2016

30 iyul - 6 avqust Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək 59-cu Dünya Şahmat Bəstəçiliyi konqresi və 40-cı Şahmat Həlletməsi Dünya çempionatına hazırlıq mərhələmiz gedir. Bu tədbirdə ənənəvi olaraq bir çox ölkələr öz ölkələrinin Alkıqol mükafatı ilə şahmat bəstəçiliyi yarışları keçiririlər (məs: Vodka, Şampan, Sake və s.). Azərbaycan Şahmat Bəstəçiliyi komissiyası artıq 3-cü dəfə şahmat bəstəçiliyi konqresində öz məhsullarımızın yarışını keçirəcək:

http://wccc2016.matplus.net/unof.php

Əvvəllər "Gəncə Şərab” zavodunun məhsullarına üstünlük versək də, sposnorluq təklifimizi rədd etdiklərinə görə, bu dəfə "AZGRANATA” şirkətinin spirtli içkilərinə üstünlük verdik. İnşallah, gələn il yəqin onlar da sponsorluq təklifimizi rədd etməz.

3rd AZERBAIJAN CHESS STUDY TY, Belgrade, Serbia 2016

Theme:Free.

Organizer: Azerbaijan CCC.

Judge: Ilham Aliev (Azerbaijan).

Prize: Medals and Azerbaijan alcohol drinks (1-3 places).

Audience: The tourney only for the congress participants.

Deadline: August 3rd (Wednesday) 18.00 in Belgrade or by email (preferably in PGN-format) to Ilham Aliev: bestechi@mail.ru

Read more

MƏCNUN VAHİDOV-70 XATİRƏ YARIŞI, 2016

MƏCNUN VAHİDOV-70 XATİRƏ YARIŞI, 2016 (27.07.1946- 30.04.2009)

Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi Komissiyası Məcnun Vahidovun 70 illiyinə həsr olunmuş xatirə yarışı elan edir.

Bölmələr: #2 (İkigedişli) və #3 (Üçgedişli).

Hakimlər: #2 - Anatoli Stepoçkin (Rusiya), #3 - Aleksandr Melniçuk (Rusiya).

Mükafat: Azərbaycan şahmat bəstəçilərinə kitab və hədiyyələr.

Son göndəriş tarixi - 31. 08. 2016. İlkin təltifin dərci - 2016.

Yarışın ilkin və son təltifi www.ulvichess.az saytında yerləşdiriləcək

və bütün iştirakçılara göndəriləcək.

Yarışın direktoru: Elmar Abdullayev (Şirvan, Azərbaycan).

Məsələləri hər müəllifdən üç məsələdən artıq olmayaraq 1.08.2016-cı il tarixinədək yarışın direktorunun elektron ünvanına göndərmək lazımdır:

E-mail: abdullaev-elmar@bk.ru

Tel: 050-270-60-58.

 

Mejnun Vahidov -70 MT, 2016 (27.07.1946- 30.04.2009)

The Azerbaijan Chess Composition Commission announces an International Composing Tourney "Mejnun Vahidov-70”' memorial tournament for twomovers and threemovers. Free theme.

M.Vahidov was a co-author of several themes in chess composition, like, the Azerbaijan (Vladimirov) theme (1977), the Azerbaijanian Novotny (1981), the Bakunian Novotny (1985) and others.

Section: #2 (twomovers) and #3 (threemovers).

Judge: #2- Anatoli Stepochkin (Russia) and #3 - Alexander Melnichuk (Russia).

Send to: abdullaev-elmar@bk.ru

Closing date: 31. 08. 2016. The award – 2016.
Read more

Səbuhi Hüseynov - 65 XATİRƏ YARIŞI, 2016

Səbuhi Hüseynov - 65 XATİRƏ YARIŞI, 2016 (29.03.1951 – 12.10.2000)

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası və Gədəbəy Şahmat Məktəbi ölkəmizin tanınmış şahmat bəstəçisi Səbuhi Mikayıl oğlu Hüseynovun(29.03.1951 – 12.10.2000) xatirəsinə həsr edilmiş ikigedişlli məsələlərin tərtibi üzrə beynəlxalq yarış elan edir.

Yarışın hakimi: Anatoli Stepoçkin (Rusiya).

Mükafat: Şahmat kitabları (yalnız yerli müəlliflərə).

Məsələləri yarışın direktoru Vidadi Zamanova (Göyçay, Azərbaycan) göndərmək lazımdır: vidadi_zamanov@mail.ru

Son tarix 31. 08. 2016. İlkin təltifin dərci - 2016.

Yarışın ilkin və son təltifiwww.ulvichess.com saytında yerləşdiriləcək və bütün iştirakçılara göndəriləcək.

Sabuhi Huseynov - 65 МТ, 2016 (29.03.1951 – 12.10.2000)

 The Azerbaijan Chess Composition Commission announces an International Composing Tourney "Sabuhi Huseynov-65”' memorial tournament fortwomovers (free theme).

#2 - Judge: Anatoli Stepochkin (Russia) .
Send to tournament director: Vidadi Zamanov (Azerbaijan)

E-mail: vidadi_zamanov@mail.ru

Closing date: 31. 08. 2016. The award - 2016.

Read more