12th European Chess Solving Championship

13-18 aprel 2016 tarixlərdə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən 12-ci Avropa çempionatında (12th European Chess Solving Championship) Azərbaycan yığması tarix yazdı! 16 komanda arasında olan mübarizədə Araz Alməmmədov (Qəbələ), Misrətdin İskəndərov (Sumqayıt), Rəşad Zeynallı, Bəhruz Rzayevdən (hər ikisi Bakı) ibarət olan yığmamız 206 xalla gümüş medal qazandı.

Avropa çempionu adını 214,5 xalla Serbiya, bürünc medalı isə yığmamızdan 0,75 xal geri qalan, dəfələrlə Dünya və Avropa çempionları Polşa yığması 205,25 xalla qazandı.
Rəşad Zeynallı Avropa çempionatında gənclər arasında 1-ci yeri tutaraq Avropa çempionu, Bəhruz Rzayev isə gümüş medalı qazandı.
Xatırladım ki, komandamız 2014-cü ildə daha bir tarix yazaraq, İsveçrənin paytaxtı Bern şəhərində Dünya çempionatında gümüş medal qazanmışdı.
Komanda hesabında cədvəl.
Şəxsi hesabda cədvəl.


İlham Əliyev (Yığmanın baş məşqçisi, əməkdar məşqçi)

Read more