» Материалы за 10.04.2016

 
 
 
Сортировать статьи по: дате | популярности | посещаемости | комментариям | алфавиту

Sumqayıt şahmatçısı ikiqat Azərbaycan çempionu oldu

Автор: ilham от 11-04-2016, 00:25, посмотрело: 586

0
37-ci Azərbaycan Şahmat Həlletməsi Çempionatı
37th Azerbaijan Chess Solving Championship
Bakı, 9-10 Aprel 2016
Sumqayıt şahmatçısı ikiqat Azərbaycan çempionu oldu

9-10 aprel tarixlərdə Respublika Şahmat Mərkəzində şahmat həlletməsi üzrə 37-ci Azərbaycan çempionatı keçirildi. Qələbə uğrunda ölkəmizin 9 şəhərindən (Bakı, Sumqayıt, Lənkəran, İsmayıllı, İmişli, Qəbələ, Şabran, Qobustan, Göygöl) 28 şahmatçı mübarizəyə qatıldı.
Çempionatımız dünya və Avropa çempionatlarında olduğu kimi, hər birində 3 şahmat məsələsi olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -100 dəq, çoxgedişli-80 dəq, yardımmat-50 dəq, əks-mat-50 dəq), ümumi 18 məsələ təqdim olunmaqla keçirilir. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.
Çempionatda əsas mübari
zənin ənənəvi olaraq, həlletmə üzrə ölkə yığma komandasının üzvləri arasında gedəcəyi gözlənilirdi. Şahmat üzrə beynəlxalq qrossmeyster Rauf Məmmədovun çempionata qatılmağı marağı daha da artırdı. 1-ci yeri 90 mümkün xaldan 80,25 ( 332 dəq) xal toplayaraq, Sumqayıt şahmatçısı beynəlxalq usta, həlletmə üzrə gənclər arasında dünya çempionu Misrətdin İskəndərov tutdu və bununla da ikiqat ölkə çempionu oldu. Gümüş medalı 69 (298 dəq) xalla yığmanın daha bir üzvü, şahmat üzrə beynəlxalq qrossmesyter, həlletmə üzrə Dünya kubokunun sahibi Zaur Məmmədov (Bakı) qazandı. Bürünc medalı isə onun bacısı Nərmin Məmmədova 65,25 (319) xalla qazandı və əsl sensasiyaya səbəb oldu. Axı, ölkə çempionatları tarixində ilk dəfə idi ki, qadın şahmatçı qaliblər sırasına daxil olurdu. 15 qat ölkə çempionu, beynəlxalq usta Araz Alməmmədov (Qəbələ) 60,75 xalla 4-cü, gənclər arasında dünya çempionatının bürünc mükafatşçısı Rəşad Zeynallı (Bakı) isə 60,25 xalla 5-ci oldu.
Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli, üçgedişli, əks-mat - Araz Alməmmədov (Qəbələ), etüdlər - Rəşad Zeynallı (Bakı), çoxgedişli – Zaur Məmmədov (Bakı), yardımmat - Misrətdin İskəndərov (Sumqayıt).
Ölkə çempionatı ilə yanaşı 34-cü Bakı çempionatının da nəticələri müəyyən edildi. 1-ci Zaur Məmmədov, 2-ci Nərmin Məmmədova, 3-cü isə Rəşad Zeynallı oldu.

 Bütün qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olundu.
Tam 246;l231;252;d601; 351;601;kl601; baxmaq 252;231;252;n linki t305;klay305;n / Click to link for full-size foto
İlham Əliyev (Sumqayıt) (beynəlxalq hakim, əməkdar məşqçi)
Cavablar 37azch-solutions1.pdf [409,9 Kb] (cкачиваний: 46)
Məsələlər 37th-azch-problems.pdf [265,38 Kb] (cкачиваний: 53)
Cədvəl 37th-azch-excel-table.xls [53,5 Kb] (cкачиваний: 48)

Категория: Chess Composition

 
 
: