37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

37-ci AZƏRBAYCAN ŞAHMAT HƏLLETMƏSİ ÇEMPİONATI

 

9-10 aprel (şənbə, bazar) 2016 tarixdə RESPUBLİKA ŞAHMAT MƏRKƏZİNDƏ ( klubunda ) şahmat məsələ və etüdlərinin həlli üzrə 37-ci AZƏRBAYCAN ÇEMPİONATI keçiriləcək.Çempionata I və daha yüksək dərəcəli şahmatçılar buraxılır. Xahiş olunur, 10 yaşdan aşağı şahmatçılar müraciət etməsinlər. Çempionat 9 aprel saat 10.00-da başlayacaq. Çempionat 6 (altı) bölmədə keçirilir. Hər bölmədə 3 (üç), ümumi 18 tapşırıq verilir.

I gün – ikigedişli (20 dəq), üçgedişli (60 dəq) və etüdlər (100 dəq),

II gün – yardımmat (50 dəq), çoxgedişli (80 dəq) və əks mat (50 dəq).

Qaliblərə pul mükafatları, hədiyyələr, kitablar və fəxri fərmanlar təqdim ediləcək.

Mükafat fondubarədə əlavə məlumat veriləcək.

Ölkə çempionatı ilə eyni zamanda Bakı çempionatının da nəticələri elan olunacaq. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Qeydiyyat 8 aprel saat 15.00-dək aparılır. Qeydiyyatdan keçməyənlər yarışa buraxılmayacaq.

TEL: SMS ilə (050) 515-40-99, WhatsApp, E-MAIL: bestechi@mail.ru

Baş hakim: İlham Əliyev (Beynəlxalq hakim - Sumqayıt),

Baş katib: Elmar Abdullayev (Respublika dərəcəli hakim - Şirvan).

 

AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASI BƏSTƏÇİLİK KOMİSSİYASI

Read more

Baku Chess Olympic ty 2016 (S#)

Baku Chess Olympic ty 2016 (Əks-mat, S#)


Bakı Şahmat Olimpiadasına (1-14.09.2016) həsr olunmuş şahmat bəstəçiliyi yarışlarının Əks-mat (S#) bölməsinin nəticəsi.
FIDE Olympic Tournament in Composing 2016 - Devoted to the 42nd World Chess Olympiad 2016 (Baku, Azerbaijan, 1-14.09.2016)
Yarışın direktoru / Tournament director Ilham Aliev (Azerbaijan)
Hakim / Judge: Gennady Kozyura (Ukra
yna / Ukraine)

İlkin təltif / Provisional Selfmates award of Baku Chess Olympic Ty 2016:

http://www.wfcc.ch/wp-content/uploads/Baku-Chess-Olympic-ty-2016-S.pdf

Read more