» Материалы за Декабрь 2014 года

 
 
 
Сортировать статьи по: дате | популярности | посещаемости | комментариям | алфавиту
 

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası – 45 yubiley yarışı

Автор: ilham от 30-12-2014, 23:24, посмотрело: 849

0

Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyası – 45 YY, 2015

Azerbaijan Chess Composition Commission -45 JT, 2015


Azərbaycan Şahmat Federasiyasının Şahmat Bəstəçiliyi komissiyası Azərbaycan Şahmat Bəstəçiliyi Komissiyasının 45 illik yubileyinə həsr olunmuş şahmat məsələ və etüdlərinin tərtibi üzrə yarışları elan edir. Yarışlar iki bölmədə keçirilir: ikigedişli və etüdlər.
Yarışın direktoru: Elmar Abdullayev (Şirvan).
Hakimlər:
İkigedişli (#2) Hacı Məmmədov (Qobustan, Azərbaycan),
Etüdlər (+=) Bəxtiyar Rüstəmov (Bakı, Azərbaycan).
Mükafat:Şahmat diskləri.
Məsələ və etüdlərin son göndəriş günü: 15.03.2015.
Yarışların nəticəsi son göndəriş tarixindən, ən geci 2 ay sonra elan olunacaq.
Orijinal şahmat bəstələrini hər müəllifdən 2-dən artıq olmayaraq, yarışın direktorunun elektron ünvanına göndərmək lazımdır: abdullaev-elmar@bk.ru

Категория: Chess Composition

 

Fransada etüd tərtibi yarışı

Автор: ilham от 30-12-2014, 22:28, посмотрело: 804

0

Daniel Keith (Fransa) - 62 YY

Tanınmış fransız etüdçüsü Daniel Keith yubiley yarışı keçirir. O, 3 ildən sonra 65 illiyini gözləməyərək,62 illik yubiley yarışını elan edir.

Mövzu azaddır. 1-ci mükafat: çox yaxşı fransız şərabı.

Hakimlər: Martin Minski (Almaniya) və Jarl Ulrichsen (Norveç).

Etüdləri danielkeith@orange.fr elektron ünvanına "KEITH - 62JT" qeydi ilə göndərmək lazımdır.

Etüdlərin son göndəriş tarixi (hər müəllifdən 3 etüddən artıq olmayaraq): 19 sentyabr 2015.

İlkin təltif Fransanın şahmat bəstəçiliyi jurnalı “PHENIX”-də dərc olunacaq.

Daniel Keith (France) - 62 JT

For a composer, any age is good for a great idea, and why should we wait 3 years more?So I propose a JT62!

Tournament of composition of studies. The theme is free.

No more than 3 entries per composer.

1st prize: a very good bottle of French wine.

Judges: Martin MINSKI (Germany) & Jarl ULRICHSEN (Norway)

Send the studies to: "danielkeith@orange.fr" specifying "KEITH - 62JT".

Closing date: 19th September 2015.

The preliminary award of the tourney will be published in the French magazine PHENIX.

Категория: Chess Composition

 

Şahmat bəstəçiliyi üzrə şəxsi 11-ci Azərbaycan çempionatı 2011-2014

Автор: ulvich от 27-12-2014, 21:20, посмотрело: 730

0

Şahmat bəstəçiliyi üzrə şəxsi 11-ci Azərbaycan çempionatı 2011-2014

11th Azerbaijan Individual Chess Composing Championship 2011-2014

ƏSASNAMƏ


1.Çempionatı Azərbaycan Şahmat Federasiyası Şahmat Bəstəçiliyi komissiyası keçirir.

2.Çempionat Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (WCCF) qaydalarına əsasən keçirilir.

3.Çempionat 6 bölmədə (#2- ikigedişli, #3- üçgedişli, N#- çoxgedişli, etüdlər, H#- yardımmat, S#- əks-mat) keçirilir.

4.Yarışlarda 2011-2014-cu illər ərzində dərc olunmuş və ya orijinal şahmat bəstələri iştirak edə bilər. Şərikli əsərlərin də iştirakına icazə verilir.
5.Çempionat qapalı keçirilir, yarışlarda yalnız Azərbaycan vətəndaşları iştirak edə bilər. İstisna yalnız müştərək əsərlərə edilir

6.Bəstələr 10 ballı sistemlə (0-dan 10-a kimi yarım xal da daxil olmaqla)qiymətləndiriləcək.
7.Hər bölmədə iştirak üçün hər müəllif tərəfindən 3 (üç) şahmat bəstəsi təqdim oluna bilər.

8.Hər bölmədə üç məsələ zaçota daxil ediləcək.

9.Bölmədə bəstələrin və iştirakçıların sayı az olarsa, həmin bölmə üzrə zaçota daxil olan bəstələrin sayı azaldıla bilər.

10.Bölmədə iştirakçıların sayı üç nəfərdən az olarsa, həmin bölmə üzrə çempionatın nəticələri ləğv edilə bilər.
11.Yarışlarda iki və daha çox bəstəçi eyni xal toplayarsa, yerlər daha yüksək xal almış bəstəyə görə müəyyən ediləcək.

12.Çempionatda ilk üç yeri tutan şahmat bəstəçilərinə müvafiq dərəcəli fəxri fərmanlar təqdim olunacaq. Çempionatın mükafat fondu barədə əlavə məlumat veriləcək.
13.Hakimlərlə əlaqə yalnız çempionatın direktoru vasitəsi ilə aparılır.

14.Direktorun icazəsi omadan hakimlərlə əlaqə saxlayan iştirakçı yarışdan çıxarılacaq.

15.Anonimliyi qorumaq üçün hakimlər yalnız yarışların nəticəsi zamanı bildiriləcək.

16.Çempionatın direktoru Elmar Abdullayev-dir (Şirvan). E-mail: abdullaev-elmar@bk.ru

17.Məsələ və etüdlər yanlız elektron formatda qəbul edilir. Notasiya yalnız Azərbaycan (Times New Roman) və ya ingilis şrifti ilə olmalıdır.

18.Məsələ və etüdləri 1.05.2015 tarixədək çempionatın direktorunun elektron ünvanına göndərmək lazımdır.

19.İştirakçıların sayı az olarsa, çempionatın müddəti uzadıla bilər.

Категория: Chess Composition

 

AL AIN CHESS CLASSICS

Автор: ilgar от 19-12-2014, 20:36, посмотрело: 927

0

AL AIN CHESS CLASSICS 2014

Chess-results

Категория: Chess News In The World

 
 

Kişilər arasında Azərbaycan çempionatı (1 dəstə) 01-09.12.2014

Автор: ulvich от 5-12-2014, 12:57, посмотрело: 765

0

Chess-Results
9 turdan sonra yekun sıralama

Rk. SNo   Ad FED Rtg Pts. TB1 TB2 TB3
1 1 FM Zeynalov Farid AZE 2299 7.0 2085 47.5 37.0
2 2   Shahaliyev Ismayil AZE 2279 6.5 2080 45.0 34.0
3 10 CM Asadli Vugar AZE 2043 6.0 2085 41.5 32.0
4 7 FM Gadimbayli Abdulla AZE 2111 6.0 2081 45.5 35.0
5 12   Rzayev Chingiz AZE 2033 5.5 2058 44.0 34.0
6 4   Bayramov Zaur AZE 2180 5.5 2008 37.5 29.0
7 18   Jafarli Babak AZE 1897 5.5 1874 35.0 27.0

Категория: Chess News In Azerbaijan

 
 
: