“Şahmat Bəstəçiliyi” jurnalının yeni nömrəsi

 

“Şahmat Bəstəçiliyi” jurnalının yeni nömrəsi


 Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyasının “Şahmat Bəstəçiliyi” bülleteni işıq üzü görüb (No16-17-18 Dekabr 2012). Bülleten rəngli və yağlı üz qabığı ilə 80 səhifədən ibarətdir. Bülletendə ümumi olaraq 258 məsələ və etüd dərc olunub. Gələcəkdə də bülletenin bu formatda dərc olunacağı nəzərdə tutulub.

Bülletenin içindəkilər:

1. Şahmat bəstəçiliyi üzrə şəxsi Dünya çempionatı 2010 -2012,

2.10-cu Azərbaycan çempionatının (#2, #3, N#, +=, H#, S#) nəticələri,

3. Azərbaycan Avropada beşinci, Sumqayıt şahmatçısı isə ikincidir,

4. Zaur Məmmədov gənclər arasında Dünya kubokunun qalibidir,

5. Həlletmə üzrə Dünya çempionatı – Kobe (Yaponiya),

6. Rauf Əlövsətzadənin (ABŞ) “Düzəlişlər və yeni redaksiyalar” məqaləsi,

7. Pəncərə guşəsinin qonağı - Kənan Vəlixanov,

8. Həmçinin çoxlu şəkillər və xəbərlər, xəbərlər, xəbərlər!

 

  Bülletenə sifarişlər qəbul edilir. Qiyməti 5 manat. Əldə etmək istəyənlər ilhamaliev@mail.ru elektron ünvanına yaza bilərlər.

  Hörmətli şahmat bəstəçiləri, həllçiləri, şahmat bəstəçiliyi həvəskarları bülletenə dəstək olun, axı “Şahmat bəstəçiliyi”jurnalı sizin haqda və sizin üçündür!

 

Read more