Şahmat bəstəçiliyi üzrə 9-сu komanda Dünya çempionatı

Şahmat bəstəçiliyi üzrə 9-сu komanda Dünya çempionatı

15 aprel Şahmat bəstəçiliyi üzrə 9-сu komanda Dünya çempionatının son göndəriş tarixi bitdi. Azərbaycan Şahmat Federasiyası Bəstəçilik komissiyası adından tərəfindən bu mötəbər tədbirdə iştirak etmiş şahmat bəstəçilərimizə təşəkkür edirəm! Dünya çempionatı bağlamasına 15 məsələ(#2-3, #3-2, N#-1, etüdlər-2, H#-3, S#-2, Nağıl-2) seçildi. Çox heyiflər olsun ki, bəzi şahmat tərtibçilərimiz bu tədbiri sükutla qarşladılar və komandaya heç bir köməkləri olmadı. Halbuki, bu tədbirə AŞF-nin Vitse-Prezidenti Mahir Məmmədov tərəfindən pul mükafatları da ayrılmışdı və bu barədə məlumat verilmişdi. Məsələləri AŞF Bəstəçilik komissiyası tərəfindən 9-сu komanda Dünya çempionatına seçilmiş
şahmat bəstəçilərini təqdim edirik:
1. Süleyman Abdullayev (Naxçıvan / Bakı) #2,
2. Araz Alməmmədov (Qəbələ) #2, #3, N#, H#, S#, Nağıl,
3. Kənan Vəlixanov (İmişli) #3, N#, H#,
4. Hacı Məmmədov (Qobustan) #3,
5. Samir Bədəlov (Bakı) etüd,
6. İlham Əliyev (Sumqayıt) etüd.

Komanda dünya çempionatının cədvəlini təqdim edirik:
January 15th, 2011 Announcement
May 1st, 2011 Registration
April 15th, 2012 Deadline for submitting entries
July 1st, 2012 Document with entries
October 1st, 2012 Claims
November 1st, 2012 Distribution of claims
January 1st, 2013 Replies to claims
February 1st, 2013 Distribution of replies to claims
June 1st, 2013 Judging completed / 1 İyun 2013 hakimlərin işinin tamamlanması
October 1st, 2013 Award booklet / 1 Oktyabr 2013 Mükafat bukleti
WFCC Meeting, 2013 Celebration of the winners/ 2013-cü ildə şahmat bəstəçiliyi konqresində qaliblərin təltifi.

Xatırladaq ki, gələcəkdə milli komandanın tərkibi müəyyən edildikdə, məhz komanda dünya çempionatında iştirak fəallığı nəzərə alınacaq.

Şahmat bəstəçiliyi komissiyasının sədri və komandanın kapitanı: İlham Əliyev (Sumqayıt)

Read more