Şahmat bəstələrinin həlli üzrə 33-cü Azərbaycan çempionatı

Şahmat bəstələrinin həlli üzrə 33-cü Azərbaycan çempionatı
7-8 aprel Respublika Şahmat Mərkəzində (klubu) mükafat fondu 780 manat olan şahmat bəstələrinin həlli üzrə 33-cü Azərbaycan çempionatı keçirildi. Çempionatda hər birində 3 məsələ olmaqla 6 bölmə üzrə (ikigedişli -20 dəq, üçgedişli -60 dəq, etüdlər -80 dəq,  yardımlımat-50 dəq, çoxgedişli-80 dəq, əksmat-50 dəq) ümumi 18 məsələ təqdim olundu. Hər düzgün həll edilmiş tapşırığa görə 5 xal verilirdi.

Çempionatın qaliblərini təqdim edirik:
1. Alməmmədov Araz (Qəbələ) 90 mümkün xaldan 79 xal (316 dəq) -170 manat + 30 manat Gənclər və İdman nazirliyi,
2. Cavadov Ramil (İsmayıllı) 78 xal (331 dəq) 130 manat,
3. Məmmədov Zaur (Bakı) 59,5 xal (268 dəq) 110 manat, 
4. Məsimov Aqşin (Bakı) 56,5 xal (336 dəq) 80 manat, 
5. Məmmədov Rauf (Bakı) 45,5 xal (233 dəq) 60 manat,
6. Rzayev Bəhruz (Bakı) 41 xal (260 dəq) 50 manat, 
7. İskəndərov Misrətdin (Sumqayıt) 40 xal (279 dəq) 40 manat, 
8. Piriverdiyev Anatoli (Bakı) 39 xal (345 dəq) 30 manat (Veteran),
9. Məmmədova Nərmin (Bakı) 37 xal (324 dəq) 30 manat (Qadınlar),
10. Muradov Muradxan (Qobustan) 33,5 xal (327dəq) 30 manat, 
11. Məmmədov Ayaz (Gəncə) 26,5 xal (112 dəq) 10 manat.


12 yaşadək yeniyetmələr arasında ən yaxşı nəticəni Fərid Aslanov (Sumqayıt) göstərdi: 7 xal (141 dəq)-20 manat.

Aydan Hüseynzadə (Qəbələ) isə 12 xalla (150 dəq)-10 manat qadınlarda 2-ci oldu.

Bölmələrdə çempion adını aşağıdakı şahmatçılar qazandılar: ikigedişli-Misrətdin İskəndərov (Sumqayıt),
üçgedişli və çoxgedişli –Ramil Cavadov (İsmayıllı), yardımlımat-Aqşin Məsimov (Bakı),
əksmat - Araz Alməmmədov (Qəbələ).18 yaşadək gənclər arasında çempion Zaur Məmmədov (Bakı) oldu.

Ölkə çempionatı ilə yanaşı paytaxt çempionatının da nəticələri məlum oldu.
1-ci Zaur Məmmədov,
2-ci Aqşin Məsimov,
3-cü Rauf Məmmədov oldu.

Bölmələrdə qaliblər:
ikigedişli və əksmat - Zaur Məmmədov,
üçgedişli və  yardımlımat- Aqşin Məsimov,

etüdlər və çoxgedişli - Rauf Məmmədov oldu.

cedvel-table-33thazch.pdf [75,55 Kb] (downloads: 90)
See the file online: cedvel-table-33thazch.pdf


problem-33th-aze-chess-solving-championship.pdf [111,91 Kb] (downloads: 117)
See the file online: problem-33th-aze-chess-solving-championship.pdf


solutions-33th-aze-chess-solving-championship.pdf [138,78 Kb] (downloads: 107)
See the file online: solutions-33th-aze-chess-solving-championship.pdf


Baş hakim: İlham Əliyev (Sumqayıt) Beynəlxalq hakim,

Baş katib: Elmar Abdullayev (Şirvan) Respublika dərəcəli hakim.

Read more