» Материалы за 26.12.2011

 
 
 
Сортировать статьи по: дате | популярности | посещаемости | комментариям | алфавиту

Beynəlxalq Şahmat Festivalında həlletmə yarışı

Автор: ilham от 26-12-2011, 17:09, посмотрело: 1691

0

Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş 2-ci Beynəlxalq Şahmat Festivalının Həlletmə yarışı
Xəbər verdiyimiz kimi 21-29 dekabr tarixdə Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş 2-ci Beynəlxalq Şahmat Festivalının proqramına, festivalın direktoru İlqar Bacaraninin təşəbbüsü ilə həlletmə yarışları da daxil edilmişdi.
24 dekabr 12 məsələdən ibarət (altı ikigedişli, iki üşgedişli, iki çoxgedişli və iki etüd) həlletmə Open turniri keçirildi. Təşkilatçılar tərəfindən mükafat kimi təqdim edilmiş netbuk yarışın rəqabətini daha da artırdı. Yarışda ölkəmizin 11 şəhərindən 29 şahmatçı öz qüvvəsini sınadı.
Çoxsaylı tanınmış praktik şahmatçıların iştirakına baxmayaraq, əsas mübarizə həlletmə üzrə yığma komandanın üzvləri arasında getdi. Qalib adını 60 mümkün xaldan 56 xal toplayaraq, yığma komandanın lideri Ramil Cavadov (İsmayıllı) qazandı. 2-ci yeri 54 xalla Araz Alməmmədov (Qəbələ), 3-cü yeri isə 53 xalla şahmat üzrə beynəlxalq usta Zaur Məmmədov (Bakı) tutdu.
25 dekabrda isə Azərbaycanda ilk dəfə olaraq, bütün dünyada çox populyarlıq qazanan Machine Gun yarışı keçirildi. Bu yarışda iştirakçlara hər məsələyə bir dəqiqə olmaqla 30 ikigedişli tapşırıq təqdim edilir. Yarışın maraqlı cəhəti ondan ibarətdir ki, düzgün həll edilən məsələyə görə 1 xal verilir, həll edilməyən məsələyə görə 0 xal, hər səhv həll edilən tapşırığa görə isə 0,9 xal çıxılır.
Öncə yarış iştirakçılarına miniatür məsələlərdən ibarət tapşırıqlar verildi. Burada 1-ci yeri 28 xalla komandanın gənc üzvü Zaur Məmmədov (Bakı) tutdu, 2-ci 27 xalla komandanın daha bir gənc üzvü 16 yaşlı Misrətdin İskəndərov (Sumqayıt), 3-cü isə 25,1 xalla Ramil Cavadov (İsmayıllı) oldu.
Daha sonra tapşırıqlar çətinləşdirilərək yeni Machine Gun keçirildi. Bu dəfə 1-ci yerə 18,2 xalla Araz Alməmmədov (Qəbələ) çıxdı, 2-ci 13,5 xalla Misrətdin İskəndərov (Sumqayıt), 3-cü isə 12,5 xalla Zaur Məmmədov (Bakı) oldu.
Yarışların qaliblərinə pul mükafatları təqdim edildi.

open-solution.pdf [0 b] (cкачиваний: 81)
open-problems.pdf [0 b] (cкачиваний: 91)
machine-gun-table.pdf [0 b] (cкачиваний: 56)
open-table.pdf [0 b] (cкачиваний: 68)

Категория: Chess Composition

 
 
: