Şahmat bəstəçiliyi üzrə dərəcə tələbləri

 Gələn il, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən şahmat bəstəçiliyi üzrə yeni dərəcə tələbləri qəbul ediləcək. Sizin diqqətinizə, AŞF şahmat bəstəçiliyi komissiyası tərəfindən hazırlanmış dərəcə tələblərinin layihə formasını təqdim edirik. Kənan Vəlixanov, Elmar Abdullayev, Lütfiyar Rüstəmov tərəfindən göndərilən təkliflərdən sonra layihəyə müəyyən dəyişikliklər edilib.  İrad və təkliflərinizi 15.10.2011 tarixə kimi bestechi@mail.ru elektron ünvanına göndərə bilərsiniz. 

LAYİHƏ


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin

şahmat bəstəçiliyi üzrə dərəcə tələbləri

ŞAHMAT BƏSTƏÇİLİYİ 


1. ŞAHMAT BƏSTƏLƏRİNİN TƏRTİBİ ÜZRƏ
 
III idman dərəcəsi – aşağıda göstərilən hesabat üzrə nəşr olunmuş bəstələrə görə 5  xal toplamaq,
II idman dərəcəsi –aşağıda göstərilən hesabat üzrə nəşr olunmuş bəstələrə görə 10 xal toplamaq,
I idman dərəcəsi – ölkə çempionatında I-III yeri tutmaq (ümumi xalların azı 60 faizin toplamaq şərti ilə) və ya aşağıda göstərilən hesabat üzrə 25 xal toplamaq (10-dan az olmayaraq bəstə nəşr etdirmək şərti ilə),
İdman ustalığına namizəd (İUN) - aşağıda göstərilən hesabat üzrə nəşr olunmuş bəstələrə görə 50 xal toplamaq (xalların 20 faizi mükafat olmaq şərti ilə):

FİDE Albomuna daxil olmaq-10 xal,
Olimpiya müsabiqəsində və ya Dünya kubokunda mükafat almaq (I-III) -10 xal,
Komanda dünya çempionatında (WCCT) zaçota düşmək - 5 хаl, şəxsi hesabda I-X yeri tutmaq -10 xal,
I-III-cü Mükafat almış bəstəyə görə - 5 xal,
Mükafat almış bəstəyə görə - 4 xal, miniatürə görə xüsusi mükafata 2 xal,
Fəxri rəy - 3 xal,
Tərifnamə - 1 xal,

Azərbaycan çempionatında 1-2-ci yeri tutmuş və ya bu nəticə ilə yerləri bölmüş orijinal bəstələr 3 xal, 3-cü yer və ya bu nəticə ilə yerləri bölmüş orijinal bəstələr 2 xal,
Ardıcıl olaraq (yalnız bir çempionata fasilə icazə verilir) iki ölkə çempionatında və ya bir çempionatın iki bölməsində mükafatçı olmaq (əsərlərin hamısı şərikli (birgə) olmamaq və həmçinin ümumi xalların azı 65 faizin toplamaq şərti ilə).
QEYD: Eyni bəstəyə görə yalnız ən yüksək xal seçilir.

İdman ustası (İU) - Yuxarıda göstərilən hesabata görə 70 xal toplamaq (xalların 20 faizi mükafat olmaq şərti ilə).
Ölkə çempionatında istənilən bölmədə I yeri tutmaq (əsərlərin hamısı şərikli (birgə) olmamaq və həmçinin ümumi xalların 70 faizin toplamaq şərti ilə) və növbəti çempionatda mükafatçı olmaq (yalnız bir çempionata fasilə icazə verilir) və ya bir çempionatın iki bölməsində yuxarıda göstərilən şərt yerinə yetirilərsə,
Şəxsi dünya çümpionatında I-X yeri tutmaq,
Miniatür üzrə dünya çümpionatında I-V yeri tutmaq.
FIDE Albomuna beş məsələ və ya etüd daxil olarsa (onlardan 1-i şərikli olmamaq şərti ilə).
 

QEYD: Çempionatda  iştirakçıların sayı 3-dən az olarsa, İUN və İU adları verilməyəcək. Dərəcə və adların alınması üçün İUN-15 və İU-25 bəstədən ibarət yaradıcılıq hesabatı AŞF-nin bəstəçilik komissiyasına təqdim olunmalıdır.


2. ŞAHMAT BƏSTƏLƏRİNİN HƏLLİ ÜZRƏ

III idman dərəcəsi – şahmat bəstələrinin həlli üzrə AŞF (ŞBK) -nin keçirdiyi istənilən müsabiqədə 50 faizdən az olmayaraq məsələ həll etmək.
II idman dərəcəsi – şahmat bəstələrinin həlli üzrə AŞF (ŞBK)-nin keçirdiyi müsabiqədə 75 faizdən az olmayaraq məsələ həll etmək.
I idman dərəcəsi – həlletmə üzrə ölkə çempionatında I-V və ya AŞF (ŞBK)-nin keçirdiyi respublika miqyaslı yarışda I-III yeri tutmaq.
İdman ustalığına namizəd (İUN) – həlletmə üzrə ölkə çempionatında iki dəfə mükafatçı olmaq,
Beynəlxalq əmsalı 2200 olmaq (aktiv).
Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının «International Solving Contest» yarışında ümumi hesabda I-III yeri tutmaq.
İdman ustası (İU)– həlletmə üzrə ölkə çempionatında qalib gəlmək və növbəti çempionatda mükafatçı (I-III) olmaq,
Dünya və Avropa çempionatlarında şəxsi hesabda I-X, Dünya kubokunda I-V yeri tutmaq,
Avropa və dünya çempionatında keçirilən Open turnirdə I-III yeri tutmaq,
Beynəlxalq əmsalı (tam, yarımreytinq yox) 2300-dən yuxarı olmaq,
QEYD: Qiyabi yarışlara görə dərəcə verilmir.

Read more