Gözəl insan, məşqçi və etüdçü

Gözəl insan, məşqçi və etüdçü

 

 Əziz dostlar,
26 avqust Samir Bədəlov (13.02.1962-26.08.2011) əməliyyatdan sonra vəfat etdi. Mənə onun haqqında yazmaq çox çətindir. Mən onu yaxından tanıyırdım, tez-tez Bakıda görüşürdük, şahmat haqda, məşqçilik qayğıları və əlbəttə ki, etüdlər barədə söhbət edirdik. O çox gözəl insan və həmsöhbət idi.
 Samir ölkəmizin nəinki ən yaxşı şahmat məşqçilərindən idi, o həm də istedadlı etüd tərtibçisi idi. Sirr deyil ki, məhz bu amil bizi daha yaxınlaşdırmışdı. Hərçənd ki, o bununla razılaşmırdı və 2010-cu ildə Almaniyada tanınmış etüdçü və naşirçi Gerhard Josten tərəfindən ingilis dilində buraxılmış “A study apiece” kitabında, yaradıcılığı haqqında yazıda, özünü əsil etüdçü saymırdı. Halbuki onun çox gözəl etüdləri var idi və bu təvazökarlıqdan başqa bir şey deyildi. Mən fəxr edirəm ki, Samiri bir etüdçü kimi kəşf etdim, onu inandıra bildim ki, əla etüdlər tərtib edə bilər və onun hər zaman bunu xüsusi qeyd etməsi mənə xüsusi ilə xoş idi. Onun 20-yə yaxın etüdü var. O, etüdlərin tərtibi üzrə 9-cu Azərbaycan çempionatında gümüş medala sahib olub, bir sıra etüdləri beynəlxalq yarışlarda mükafat qazanıb.
  Samir hər zaman heyfslənirdi ki, məşqçilik fəaliyyəti çox vaxt alır və etüd tərtibinə lazımı diqqəti ayıra bilmir. O etüd tərtibindən böyük ləzzət almasını hər zaman vurğulayırdı.
 Belə insanların itirilməsi ikiqat ağırdır. O hər zaman bizim yaddaşımızda qalacaq. Samir Bədəlovun şahmatda və şahmat bəstəçiliyində yeri hər zaman görünəcək.
Fürsətdən istifadə edib onun ailəsinə başsağlığı vermək istərdim.ALLAH RƏHMƏT ETSİN!


Ilham Əliyev (Sumqayıt)

 

Hörmətli oxucular,
İndi sizin diqqətinizə, yuxarıda söhbət edilən kitabdan Samir Bədəlovun məqaləsinin rusca versiyasını təqdim edirik.
a-study-apiece-samir-badalov.pdf [0 b] (downloads: 165)
See the file online: a-study-apiece-samir-badalov.pdf

Read more