Həlletmə reytinqi-1 İyul 2011-ci il

Həlletmə reytinqi - 1 İyul 2011-ci il

Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyası (World Federation for Chess Composition) şahmat həllçilərinin 1 iyul üçün beynəlxalq əmsallarını açıqlayıb:
http://www.saunalahti.fi/~stniekat/pccc/rat17.htm

WFCC-in siyahısında liderlik uğrunda üç nəfərin mübarizə apardığını desək, yanılmarıq. P.Murdzia (Polşa) və G.Evseevin (Rusiya) çoxillik mübarizəsinə, qısa fasilədən sonra şahmat üzrə beynəlxalq qrossmeyster John Nunn (İngiltərə) qoşulub. Xarıtladaq ki, o həlletmə üzrə son Avropa və dünya çempionu adını qazanıb.

1. GM Murdzia, Piotr POL 2825
2. GM Evseev, Georgy RUS 2796
3. GM Nunn, John GBR 2774
Bizim həllçilərə gəldikdə isə, Araz Alməmmədov (Qəbələ) ölkə yığmasının lideri adını itirib. Artıq bir müddətdir ki, FIDE ustası Ramil Cavadov (İsmayıllı) bu ada yiyələnib, o dünya reytinqində 48-ci pillədədir, Araz isə ötən il ilk əlliliyə daxil olsa da, artıq 64-cü pilləyə düşüb.
Şahmat üzrə beynəlxalq usta Zaur Məmmədov (Bakı) həlletmə üzrə elə ilk yarışdan yaxşı reytinq toplayıb və dünya siyahısında 130-cu yerdədir. Arzu edək ki, o əmsalını şahmat reytinqinə çatdırsın. Lütfiyar Rüstəmovun (Bakı) da imkanlarının böyük olmasını nəzərə alsaq, onun da reytinqini artıracağına ümid bəsləmək olar, indi o 141-ci sıradadır. Xatırladaq ki, o da bu əmsalı elə ilk yarışdan toplayıb.
Aqşin Məsimov (Bakı) isə reytinqini faciəli surətdə aşağı salmaqda davam edir. Bir il öncə onun reytinqi 2204 olsa da, son dörd yarışda 93 punkt itirərək, onu 2111-ə çatdırıb və artıq dünya reytinqində 189-cu pilləyə düşüb.
Veteran həllçimiz A.Piriverdiyev isə uzun fasilədən sonra, bu il Polşada keçirilən Avropa çempionatından sonra beynəlxalq reytinqinə 44 punkt əlavə edib.

48. FM Javadov, Ramil AZE 2433
63. Almammadov, Araz AZE 2389
130. Mammadov, Zaur AZE 2219
141. Rustamov, Lutfiyar AZE 2197
189. Masimov, Agshin AZE 2111
304. Piriverdiyev, Anatoly AZE 1937

Ilham Əliyev (Beynəlxalq hakim)
Şahmat bəstəçiliyi üzrə yığma komandanın baş məşqçisi

Read more